Prezident  Dimitrios Avramopoulosu və Toni Tayleri qəbul edib
30 aprel 2013 18:47 (UTC +04:00)

Prezident Dimitrios Avramopoulosu və Toni Tayleri qəbul edib

0

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 30-da Yunanıstan Respublikasının xarici işlər naziri Dimitrios Avramopoulosun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent. az-ın məlumatına görə, görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, turizm sahələrində inkişaf etdirilməsi, həmçinin Avropa İttifaqı və NATO çərçivəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bu gün dövlət başçısı həmçinin Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının baş direktoru və baş icraçı direktoru Toni Tayleri qəbul edib.  İqtisadiyyatın sürətli inkişafında aviasiya nəqliyyatının rolunu qeyd edən T. Tayler dünyada bu sahənin tərəqqisinin vacibliyini bildirib. O, Azərbaycanda dövlətin aviasiya nəqliyyatının inkişafına göstərdiyi diqqəti yüksək dəyərləndirib.
Prezident İlham Əliyev Azərbaycanda aviasiya nəqliyyatına dövlətin daim qayğı göstərdiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 498

Oxşar yazılar