APA-nın məlumatına görə, sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının dəniz təhlükəsizliyini təmin edən orqanlar öz fəaliyyətində Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasının müddəalarını rəhbər tutsunlar.
Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasının müddəalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirsin və bu barədə mütəmadi olaraq Azərbaycan prezidentinə məlumat versin.