Prezident: “Xalq Cümhuriyyətinin qurucuları həmişə ürəyimizdədir”
28 may 2014 11:43 (UTC +04:00)

Prezident: “Xalq Cümhuriyyətinin qurucuları həmişə ürəyimizdədir”

“Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaradılıb”.  Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı bildirib.

 

O qeyd edib ki,  Azərbaycanın mütərəqqi nümayəndələri bu respublikanı qurublar. “Doxsan altı il bundan əvvəl müsəlman aləmində ilk demokratik respublikanın yaradılması böyük hadisə idi və ondan sonra digər müsəlman ölkələrində respublika quruluşu yaradılıb. Ancaq ilk təcrübə məhz Azərbaycan xalqının istedadı, zəhməti, uzaqgörənliyi hesabına mümkün olub. Əfsuslar ki, respublikanın ömrü uzun olmayıb. Azərbaycan cəmi iki il müstəqil ölkə kimi yaşayıb. Ancaq bu illər ərzində böyük işlər görülüb. Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə böyük hörmətlə yanaşır və onların əziz xatirəsi həmişə bizim ürəyimizdədir. O illərdə demokratik təsisatlar qurulub, ordu quruculuğu sahəsində böyük işlər görülüb, qadınlara səsvermə hüququ verilib”.

 

Dövlət başçısının sözlərinə görə, Azərbaycanın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yaradılıb. “Əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, mən tam əminəm ki, bu gün Azərbaycan dünyada ən zəngin ölkələrdən biri olacaqdı. Əfsuslar olsun ki, müstəqillik əlimizdən alındı, 1920-ci ildə respublika süqut etdi və beləliklə, Azərbaycanın uğurlu inkişafına son qoyuldu. Bizim təbii sərvətlərimizi, coğrafi vəziyyətimizi, xalqımızın istedadını, mütərəqqi insanların fəaliyyətini nəzərə alaraq tam əminliklə deyə bilərəm ki, əgər biz müstəqil həyat yaşasaydıq bu gün çox qabağa gedə bilərdik. Ancaq nə edək, Azərbaycan Xalq Cümhuriyyətinin böyük gücü yox idi ki, öz müstəqilliyini qoruya bilsin”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 857
avatar

Oxşar yazılar