Prezident 3 rayon məhkəməsinə hakim və sədr təyin edib
02 noyabr 2013 02:00 (UTC +04:00)

Prezident 3 rayon məhkəməsinə hakim və sədr təyin edib

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələrinin hakim və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın Azər-Tac-a istinadən məlumatına görə, sərəncama əsasən Ceyhun Rasim oğlu Əhmədov Gədəbəy Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.

 

Məhərrəm Ələkbər oğlu Allahverdiyev Qazax Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri, Hilal İsmayıl oğlu Xəlilov isə Masallı Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1908
avatar

Oxşar yazılar