“Azərbaycan bu barədə öz təkliflərini təqdim etsə də, Ermənistan məsələni uzadır”
“Yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsi tərəflərinin ictimaiyyət nümayəndələri arasında görüş gözlənilmir”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu deyib. O bildirib ki, hazırda bu məsələ gündəlikdə deyil: “Azərbaycan hər zaman bu cür görüşləri lazımlı sayıb. Biz bu barədə öz təkliflərimizi təqdim etmişik. Lakin qarşı tərəf məsələni uzadır”.
Səfir daha əvvəl bir neçə təmasın, o cümlədən münaqişə tərəflərinin media nümayəndələri arasında görüşün keçirildiyini xatırladıb: “Lakin hələlik heç bir nəticə yoxdur və yaxın vaxtlarda da gözlənilmir”.