Moderator.az saytındakı bütün kompüterlər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən götürülüb”. Lent.az-ın xəbərinə görə, bu barədə Pərviz Həşimlinin rəhbəri olduğu “moderator.az” saytının açıqlamasında bildirilib.
Açıqlamada qeyd olunub ki, ötən gecə “moderator.az” saytının ofisində də axtarış aparılıb. Axtarışı 9 nəfər əməliyyatçı, iki hal şahidinin və Pəviz Həşimlinin iştirakıyla aparıb: “ Ofisdəki bütün kompüterlər, sənədlər, jurnalistlərin istifadə etdikləri material və digər avadanlıqlar protokol tərtib edilərək aparılıb”.