Pərviz Həşimli kamerada huşunu itirib
05 noyabr 2013 22:59 (UTC +04:00)

Pərviz Həşimli kamerada huşunu itirib

MTN-nin istintaq təcridxanasında saxlanılan jurnalist Pərviz Həşimli dünən kamerada huşunu itirib. Bu barədə «Bizim Yol»a vəkil Bəhruz Bayramov məlumat verdi.

 

Vəkilin sözlərinə görə, jurnalist həkim müdaxiləsindən sonra özünə gəlib.

 

P.Həşimli səhhətinin pisləşməsini saxlanma şəraitinin ağır olması, keçirdiyi stresslə əlaqələndirib.

 

Vəkili bildirib ki, hazırda onun durumu normaldır.

 

B. Bayramov P.Həşimliyə ailə üzləri ilə telefon əlaqəsi saxlamağa imkan verilmədiyini deyib, həmçinin onun Ombudsman Elmira Süleymanovaya etdiyi müraciətlərin nəticəsiz qalmasından narazı olduğunu deyib: “Xahiş edir ki, Ombudsman onunla görüşsün”.

 

Dünən P. Həşimlinin həyat yoldaşı İlahə Həşimova da Ombudsman Elmira Süleymanovanın qəbulunda olub. Həyat yoldaşının hüquqlarının pozulması barədə məlumat verən İ.Həşimova Ombudsmandan öz səlahiyyətlərindən istifadə etməklə P.Həşimliyə dəstək olmağı xahiş edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1007
avatar

Oxşar yazılar