Pərviz Həşimli barədə həbs qərarı verildi
18 sentyabr 2013 16:56 (UTC +04:00)

Pərviz Həşimli barədə həbs qərarı verildi

 “Bizim yol” qəzetinin əməkdaşı, moderator.az saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədri Pərviz Həşimlinin barəsində həbs qətimkan tədbiri seçilib.

 

Bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib.

 

P. Həşimli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri Səbail Rayon Məhkəməsində keçirilən prosesdə seçilib.

 

Qeyd edək ki, P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1142
avatar

Oxşar yazılar