Pənah Hüseyn: “Milli Şuraya gəlməkdən imtina edənlər var”
27 may 2013 23:07 (UTC +04:00)

Pənah Hüseyn: “Milli Şuraya gəlməkdən imtina edənlər var”

“Milli Şura hələ formalaşdırılmayıb, bura təsis ediləndə məlum olacaq ki, təmsil olunuruq, yaxud yox”. Bunu lent.az-a İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn deyib.

 

O deyib ki, üzv olduğu Xalq Partiyası İctimai Palatada Milli Şura ideyasına siyasi, mənəvi, ictimai dəstək verib: “ Mənə də dəvət var. Milli Şuranın formalaşma, təsis anında bu məsələlər məlum olacaq”.

 

P. Hüseyn Milli Şurada təmsil olunub-olunmayacağı ilə bağlı suala konkret cavab verməyib və özünün burada təmsilçiliyini “taktiki məsələ” adlandırıb.

 

 

P. Hüseyn İctimai Palata ilə Milli Şuranın fərqli təşkilatlar olduğunu da deyib. Onun fikrincə, bu, Ziyalılar Forumu və İctimai Palatanın birləşməsidir: “ İlk dəfə qərbyönümlü, İran meylli və rusiyayönümlü qüvvələr Milli Şura formatında bir araya gəlirlər Bu, ciddi hadisədir”.

 

P. Hüseyn Türkiyəyə və Avropa təsisatalarına meyilli partiyaları və təşkilatları qərbyönümlü, İslam Partiyasını İran meylli,  Rüstəm İbrahimbəyovu isə Rusiyameyilli kimi xarakterizə edib: “Mən Rüstəm müəllimi Rusiya meylli qüvvələrin nümayəndəsi saymıram, amma hər halda Rusiyada yaşayan və Rusiya elitasında, iqtisadiyyatında yer tutan, şərti olaraq “Milyarderlər İttifaqı” adlandırılan qurumun üzvüdür. Zaman-zaman o ittifaqa daxil olan şəxslər, məsələn Söyün Sadıxov kimi üzvlərinin açıqlamaları bunu deməyə imkan verir. Hər halda biz onları Rusiya meylli qüvvələr kimi işarələndirə bilərik”.

 

O,  Ümid və Klassik Xalq Cəbhəsi Partiyalarına Milli Şurada təmsil olunmaq üçün dəvət göndərilməyiyini də deyib: “Bu işin təşəbbüsçülər kimi İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov çıxış edirlər. Onların, konkret Eldar Namazovun Rüstəm İbrahimbəyovla məsləhətləşmələr apardığı da məlumdur. Məndə olan məlumatlara görə, Ümid və KXCP-yə,  ümumiyyətlə, dəvət olmayıb. O baxımdan da olmayan dəvətdən imtina da bir qədər qəribə görünə bilər”.

 

O deyib ki, təklifdən imtina edən və hələ də tərəddüd keçirən təşkilatlar var: “Məsələn, “Real” hərəkatına belə bir dəvət olub, onlar hələlik qərarlarını verməyiblər, yaxud gəlməyəcəkləri barədə mediada açıqlamaları olub. AMİP-ə gəlincə, sözün doğrusu, konkret kimin vasitəsilə olunduğunu bilmirəm, amma hər halda AMİP-ə belə bir dəvət olub. Onların da müzakirə apardığı bildirilir. Liberal Partiyasına da dəvət var, onların da Milli Şuraya gəlib-gəlməyəcəkləri məlum olacaq”.

 

Ramiz Mikayıloğlu 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694
avatar

Oxşar yazılar