“Birülevoda xalqın ayağa qalxması göstərdi ki, dövlətin xalqın tələblərinə karlığı ölkədəki vəziyyəti artıq kritik həddə çatdırır”. Lent.az-ın məlumatına görə, bu barədə Moskva və bütün Rusiyanın Patriarxı Kirill XVII Ümumdünya Rus Xalq Kilsəsinin açılışında bildirib.
Patriarx moskvalıları küçələrə çıxmağa vadar edən səbəblər arasında hakimiyyətin həddini aşan miqrasiya problemlərinin və bununla bağlı kriminal hadisələrin birgə həllini axtarmaq arzusunda olmamasını göstərib: “Rus çoxluğun mövqeyinə gələcəkdə də məhəl qoyulmasa, qalib tərəf yalnız Rusiyanı dağıdanlar, hər iki tərəfin etnoslar və dinləri alın-alına toqquşdurmaq cəhdindən əl çəkməyən təxribatçılar olacaq”.
Qeyd edək ki, iki gün öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiyada Azərbaycan vətəndaşı Orxan Zeynalov ətrafında baş verən hadisələrlə bağlı Patriarx Kirillə görüşəcəyini bildirib.