Gələn ilin dövlət büdcəsi layihəsində siyasi partiyalar üçün nəzərdə tutulan vəsaitin miqdarı açıqlanıb.
Lent.az-ın verdiyi məlumata görə, siyasi partiyalara 2 milyon 500 min 925 min manat vəsait ayrılıb.
“Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.
|
1 |
Yeni Azərbaycan Partiyası |
1145125,89 |
|
|
2 |
Vətəndaş Həmrəyliyi Partiyası |
136089,81 |
|
|
3 |
Ana Vətən Partiyası |
121029,57 |
|
|
4 |
Sosial Rifah Partiyası |
105969,33 |
|
|
5 |
Azərbaycan Demokratik İslahatlar Partiyası |
105969,33 |
|
|
6 |
Azərbaycan Ümid Partiyası |
105969,33 |
|
|
7 |
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası |
105969,42 |
|
|
8 |
Vətəndaş Birliyi Partiyası |
105969,33 |
|
|
9 |
Böyük Quruluş Partiyası |
105969,33 |
|
|
10 |
Milli Dirçəliş Hərəkatı Partiyası |
105969,33 |
|
|
11 |
Ədalət Partiyası |
105969,33 |
|