AXCP sədri Əli Kərimli yaxın vaxtlarda həbs olunacaq. SalamNews xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
O bildirib ki, Əli Kərimli yaxın 10-15 gün ərzində istintaqa çağrılacaq və o, Əbülfəz Elçibəyin zəhərlənməsi məsələsi ilə bağlı dindiriləcək. İstintaq indiyədək Ə.Elçibəyin zəhərlənməsi ilə bağlı 110 nəfəri dindirilib və 4 nəfər qadının zəhərlənmə prosesində iştirak etdiyini, zəhərin qonşu ölkələrin birindən gətirildiyi müəyyənləşib.
H.Hacıyevin sözlərinə görə, istintaq Ə.Kərimlinin sabiq prezidentin zəhərləməsi faktını bilsə də, onun həbsi üçün əlində kifayət qədər dəqiq fakt yoxdur: "Odur ki, dindirilmə prosesi gedir və yaxın vaxtlarda bu məsələ tam sübuta yetiriləcək və o zaman Əli Kərimli istintaqa çağrılacaq. Ondan sonra onun barəsində qəti-həbs imkan tədbirinin seçilməsi istiqamətində konkret addımlar atılacaq."