Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn Azərbaycanın dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib. Lent.az-ın məlumatına görə, təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq duyuram. Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə dost Azərbaycan xalqı inkişaf və tərəqqi yolunda irəliləməyə davam edəcək.
Pakistanla Azərbaycan arasında möhkəm dostluq münasibətləri mövcuddur. Yüksək səviyyəli ikitərəfli əlaqələr xalqlarımızın ümumi ümidlərini və arzularını əks etdirir. Əminəm ki, ölkələrimiz arasındakı sıx dostluq əlaqələri gələcəkdə müxtəlif sahələrdə daha da möhkəmlənəcək. Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı, dost Azərbaycan xalqına isə davamlı inkişaf arzularımı çatdırıram. Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin”.