Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov prezident seçkilərində səsvermədə iştirak edib.
APA-nın əməkdaşının verdiyi məlumata görə, parlamentin spikeri 23 saylı Nəsimi-Səbayel Dairə Seçki Komissiyasının 22 saylı məntəqəsində səs verib. Oqtay Əsədovla birgə həyat yoldaşı və qızı da səsvermə hüququndan istifadə edib.