“Bəzən ölkədə elə məhkəmə iddiaları həyata keçirilir ki, adamın gülməyi gəlir. Qurban Məmmədova 3 il həbs verilib. Guya ondan şikayət edən şəxs məhkəməyə şikəst gəlir, ancaq araşdırıldı ki, onun heç bir şeyi yoxdur. Yadigar Sadıqova 7 il iş istənilir, guya kiməsə xəsarət yetirib. Hansı ki, onun da heç bir şeyi yoxdur. Və ya yaxud İlqar Məmmədovla Tofiq Yaqublunu, həmçinin, “Nida”çıları hansı ittihamlarla həbs ediblər?”.
Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü sessiyasında Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə deyib.
O bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı ya əfv, ya da amnistiya verilməsi bu günü daha da önəmli edə bilərdi: “Gerçək həmrəylik üçün atılacaq hər bir addımı cəmiyyətin bütün təbəqələri dəstəkləməyə hazırdır”.
Spiker Oqtay Əsədov isə onun fikrinə münasibət bildirərək deyib ki, həmrəylikdən danışanda o özü də bir az həmrəy olmalıdır: “Hansı müxalifət qəzetini açırsan, ancaq öz tədbirləridir, qıcıqlandırıcı fikirlərdir. Bir az da onlar həmrəy olsun”.
Oqtay Əsədov İqbal Ağazadəyə: “Bir az da sən həmrəy ol”
949