Oqtay Əsədov AŞPA sədrinə cavab verdi
23 may 2014 09:52 (UTC +04:00)

Oqtay Əsədov AŞPA sədrinə cavab verdi

“Azərbaycanda toplaşma, ifadə azadlığı, məhkəmə müstəqilliyi sahəsində problemlər təcili həllini tapmalıdır”.

 

APA-nın məlumatına görə, bunu Bakıda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclasında AŞPA sədri, xanım Anna Brassör deyib.

A. Brassör bildirib ki, həbsdə olan İlqar Məmmədovla görüşməyə çalışacaq: “Avropa Məhkəməsi İlqar Məmmədovla bağlı qərar çıxarıb. Hakimlər belə qərara gəliblər ki, onun azadlıqdan məhrum edilməsi barədə qərar ədalətsizdir. Ümid edirəm ki, bu onun azadlığa buraxılmasına səbəb olacaq. Ümid edirəm ki, hakimiyyət dairələri sadaladığım problemlərin həllinə çalışacaq”.

Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov isə AŞPA sədrinin çıxışına hücumla başladığını deyib, bundan narazılığını bildirib.

Azərbaycanın korrupsiyaya qarşı mübarizə apardığını söyləyən O. Əsədov AŞPA-nın Azərbaycanda gedən islahatları dəstəkləyəcəyinə ümidvar olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycanın AŞ Nazilər Komitəsinə sədrliyi dövründə Bakıda 18 tədbir keçiriləcək: “Azərbaycan Avropa dəyərlərinə sadiqliyini real addımlarla sübut edir. Zəruri islahatların aparılması üçün düşünülmüş tədbirlər görür. Azərbaycan AŞPA qarşısındakı öhdəliklərə daim hörmətlə yanaşıb”.

Spiker qeyd edib ki, AŞPA Ermənistanın təcavüzü, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və köçkün problemlərinə xüsusi diqqətlə yanaşmalıdır: “Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib. ATƏT-in Minsk qrupunun fəaliyyəti 20 ildir nəticə verməyib. Ancaq Ermənistana qarşı hər hansı sanksiya tətbiq edilməyib. Buna görə də Ermənistan üzərindən işğal olunmuş torpaqlarımıza gedən şəxslər “persona non-qrata” elan edilib. Rene Rukeyə viza verilmədiyinə görə AŞPA Bürosu qərar verib ki, iki il ərzində AŞPA-nın komitələrinin Bakıda iclası keçirilməsin. Bu qərar hələ prosedur mərhələsindədir. Ümid edirəm ki, AŞPA Azərbaycanın prinsipial mövqeyini anlayışla qarşılayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 898
avatar

Oxşar yazılar