ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib. APA-nın məlumatına görə, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident, Məkkəyə həcc ziyarətinin başa çatdığı bir müddətdə Mişel və mən Qurban bayramı münasibətilə Amerikadakı və dünyadakı müsəlmanlara ən xoş arzularımızı çatdırır, xüsusən də zəvvarların müqəddəs səfəri uğurla başa çatdırmalarını diləyirik.
Dünyanın üç əsas dininin İbrahim peyğəmbərdən qaynaqlanmasını əks etdirən ayini ehtiva edən həcc ziyarətinə gedən təxminən üç milyon müsəlmana minlərlə amerikalı müsəlmanın qoşulması ilə fəxr edirik. Bu il həcc ziyarətinə gedənlərdən əlavə bütün dünyadakı müsəlmanlar bu bayramı Tanrı ilə münasibətlərini nəzərdən keçirərək və İbrahim peyğəmbərin öz oğlunu qurban verməyə hazır olmasını əsas götürərək qeyd edəcəklər.
Aralarındakı fərqlərə baxmayaraq müxtəlif etnik və iqtisadi təbəqələrdən gələn bu qədər insanın ali bir amal ətrafında birləşməsi bütün bəşəriyyətə bir daha göstərir ki, bizim fərqimiz Tanrının bizə bəxş etdiyi və qəbul etməli olduğumuz gücün mənbəyidir.
Amerika xalqı adından biz bu xüsusi vaxtda bütün dünyadakı müsəlmanlara Qurban bayramı və həcc ziyarətinin uğurla başa çatması münasibətilə təbriklərimizi çatdırırıq.
Qurban bayramınız mübarək və həcc ziyarətiniz qəbul olsun.