“Dünya maliyyə böhranının nəticələrinin öhdəsindən gəlir. Lakin fikrimcə bu gün dünyada daha bir böhran var - beynəlxalq hüquq böhranı”.
APA-nın məlumatına görə, Prezident Administrasiyası rəhbərinin müavini, PA xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu fikirləri Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Dəyişən dünyada Cənubi Qafqaz” forumunda çıxışı zamanı deyib. O qeyd edib ki, beynəlxalq ictimaiyyət bu məsələ ilə ciddi məşğul olmalıdır.
“Təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli nöqteyi-nəzər nümayiş etdirməyi bacarmadı. Və Azərbaycan torpaqları hələ də işğal altında qalmaqdadır. ATƏT və NATO kimi strukturlarla uğurlu əməkdaşlığa rəğmən heç bir nəticə əldə olunmayıb. Və bunu heç cür düşmək olmur. Belə böhran hamı üçün – həm Azərbaycan, həm də dünya birliyi üçün pisdir”.