Niderlandın baş naziri Azərbaycan prezidentini təbrik etdi
29 oktyabr 2013 19:30 (UTC +04:00)

Niderlandın baş naziri Azərbaycan prezidentini təbrik etdi

Niderland Krallığının baş naziri Mark Rütte Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

 

APA-nın məlumatına görə, yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə İş Əliyevi təbrik edən baş nazir ölkələr arasında münasibətlərin, xüsusilə iqtisadi əlaqələrin onun hakimiyyətdə olduğu dövrdə daha da güclənəcəyini əminliyini ifadə edib.

 

“Sizinlə işləməkdən olduqca məmnunam və mart ayında Nüvə Təhlükəsizliyi Sammiti ilə əlaqədar Sizi Niderlandda salamlamaqdan şad olaram. Ali dövləti vəzifənizdə Sizə uğurlar arzu edirəm”, - deyə təbrikdə vurğulanır.

 

Niderland Senatı Birinci Palatasının üzvü, senator, Maastrixt İdarəçilik Məktəbinin sədri Rene van der Linden, Qazaxıstandakı “Dünya Türkləri Assambleyası” Beynəlxalq İctimai Təşkilatının prezidenti, Akademik Yermentay Sultanmurat, Astana şəhəri, qazax yazıçısı, akademik Baxitxoja Rustemov, Professor, Böyük Vətən müharibəsi veteranı, Rusiya Jurnalistlər və Yazıçılar İttifaqlarının üzvü, Azərbaycanın “Dostluq” ordeni kavaleri, AMEA Tarix İnstitutunun fəxri professoru, Naxçıvan Dövlət Universitetinin fəxri doktoru, BMT-nin “Dünya informasioloqlar elitası” beynəlxalq mükafatı laureatı Rudolf İvanov, Rusiya İctimai Palatasının üzvü Diana Qurtskaya və Gürcüstan Parlamentinin üzvü Əli Məmmədov da Azərbaycan prezidentinə təbrik ünvanlayıblar. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499
avatar

Oxşar yazılar