Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 2-4-də ABŞ-da yəhudilərin “AJC Global Forum” təşkilatının forumunda iştirak edəcək.
APA-nın forumun saytına istinadən verdiyi məlumata görə, azərbaycanlı nazirlə yanaşı, Polşanın xarici işlər naziri Radoslav Sikorski, Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq və Yunanıstanın baş naziri Antonis Samaras da tədbirdə iştirak edəcəklərini təsdiqləyiblər. BMT baş katibi Pan Gi Mun iştirakçılara videomüraciət göndərəcək.
ABŞ-dakı yəhudi lobbisi tərəfindən hər il keçirilən “AJC Global Forum”a 60-dan çox ölkənin nümayəndələri qatılır. Bu il iştirakçılar plenar sessiyalarda “Ərəb baharı”nın nəticələri, immiqrasiya, inteqrasiya və identiklik mövzularında müzakirələr aparacaqlar.