Nazir: “Qarabağ münaqişəsi bir gecədə həll ola bilməz”
23 may 2014 10:32 (UTC +04:00)

Nazir: “Qarabağ münaqişəsi bir gecədə həll ola bilməz”

Bakıda keçirilən Avropa Şurası Parlament Assambleyası (AŞPA) Daimi Komitəsinin iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov parlamentarların suallarını cavablandırıb.


 

APA-nın məlumatına görə, REAL Hərəkatının sədri İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarına toxunan Elmar Məmmədyarov  deyib ki, məhkəmə proseduru hüquqi prosedurlar çərçivəsində keçiriləcək.

 

İnsan hüquqları barədə iradlara münasibət bildirən E.Məmmədyarov qeyd edib ki, Azərbaycanda insan hüquqları ilə bağlı daha çox işlərin görülməsinin zəruriliyini qəbul edir: “İnsanların fəlsəfəsini, düşüncəsini dəyişmək vacibdir. Əsas prosesin başlanmasıdır və sizi inandırıram ki, Azərbaycanda bu proses başlayıb”.

 

Xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı diplomatik vasitələrin tükənmədiyinə inandığını dilə gətirib: “Madrid təklifləri çox real təkliflər idi, addım-addım irəli gedə bilərdik. Bu münaqişə bir gecədə həll oğluna bilməz, dərin münaqişədir. Qaynar müharibənin nəticələri aradan qaldırılmalı, daha sonra insanlar arasında etimad mühiti yaradılmalıdır. Ən mühüm təhdid Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində olmasıdır. İlk növbədə Ermənistan qoşunları Dağlıq Qarabağ ətrafındakı 7 rayondan çıxarılmalıdır. O yerlərdə heç vaxt ermənilər yaşamayıb. Daha sonra kommunikasiya bərpa edilməlidir. Bu tərzdə yanaşma mühümdür. Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdə olması qıcıqlandırıcı amildir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615
avatar

Oxşar yazılar