Nazir: “İşğal vətəndaşlarımızın sağlamlığına və təhsilinə zərər vurur” 
07 noyabr 2013 14:39 (UTC +04:00)

Nazir: “İşğal vətəndaşlarımızın sağlamlığına və təhsilinə zərər vurur” 

“Beynəlxalq ictimaiyyətin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə təkid etməsi çox vacibdir”


 

“Azərbaycan gənc demokratiyası olan qədim sivilizasiyadır. İyirmi il əvvəl müstəqilliyini bərpa edən Azərbaycan azad, demokratik, dünyəvi cəmiyyət quruculuğu həyata keçirir”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyada keçirilən 6-cı Demokratiya Forumunda çıxışında deyib.

 

Nazir bildirib ki, 2014-cü ilin mayında Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyi qəbul edəcək və bu çərçivədə digər qitələri təmsil edən qurumlar da daxil olmaqla, regional təşkilatlarla əməkdaşlığı təşviq edəcək. O, AŞ-nin Demokratiya Forumunun Balidə yerləşən icraçı strukturu – Sülh də Demokratiya İnstitutu ilə əməkdaşlığının mümkünlüyünü vurğulayıb.

 

E. Məmmədyarov çıxışında Azərbaycanın iqtisadi uğurları və ölkə ərazilərinin Ermənistan tərəfindən işğalına da toxunub. O bildirib ki, Dağlıq Qarabağın və ətraf 7 rayonun işğalının davam etməsi hələ də Azərbaycanda insan hüquq və azadlıqlarına ciddi problem yaradır: “İşğal nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu məsələ hələ də bizim vətəndaşlarımızın iqtisadi rifahına, sağlamlığına və təhsilinə ciddi zərər vurur”.   

 

E. Məmmədyarovun sözlərinə görə, beynəlxalq ictimaiyyətin münaqişənin danışıqlar yolu ilə həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə təkid etməsi çox vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 863
avatar

Oxşar yazılar