Nazim İbrahimov Orxan Zeynalovdan danışdı, AzərRos-dan şikayətləndi
18 oktyabr 2013 19:40 (UTC +04:00)

Nazim İbrahimov Orxan Zeynalovdan danışdı, AzərRos-dan şikayətləndi

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Rusiyada qətldə təqsirləndirilən Orxan Zeynalovdan danışıb.

 

Lent.az-ın verdiyi məlumata görə, Nazim İbrahimov deyib ki, Dövlət Komitəsi Rusiyada yaşayan azərbaycanlılarla əlaqədar yaranmış situasiya haqqında öz mövqeyini rəsmi şəkildə bildirib və bu barədə kütləvi informasiya vasitələrində də geniş məlumat verilib.

 

Komitə sədri Orxan Zeynalova münasibətdə təqsirsizlik prezumpsiyasının tələblərinin pozulduğunu və məişət zəminində baş vermiş bir cinayət hadisəsinin etnik kontekstdə ictimailəşdirilməsinin narahatlıq doğurduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan dövlətinin və ictimaiyyətinin narahatlığı tamamilə təbiidir: “Lakin çox təəssüf hissi ilə vurğulayıram ki, bu qədər böyük ajiotajın yaradıldığı, kütləvi informasiya vasitələrində azərbaycanlılar əleyhinə açıq-aşkar  kampaniyanın aparıldığı bir vaxtda bəzi diaspor təşkilatlarının, konkret olaraq Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti (AzərRos) və özünü Rusiyanın Azərbaycanlı Təşkilatlar İttifaqı adlandıran qurumun nümayəndələrinin mövqeyi anlaşılmazdır. Bir daha xatırlatmağı zəruri bilirik ki, bu təşkilatların rəhbərliyində təmsil olunan şəxslərin bir çoxu Rusiyanın müvafiq dövlət orqanları, kütləvi informasiya vasitələri ilə çox yaxşı əlaqələrə malikdirlər, ancaq nədənsə indi – zərurət yarandığı bir məqamda bu əlaqələrdən azərbaycanlıların maraqlarının müdafiəsi üçün istifadə etməyə lüzum görmürlər. Əksinə, bu təşkilatların rəhbərliyində təmsil olunan, azərbaycanlıların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qətiyyətlə fəaliyyət göstərəcəyini bəyan edənlərin bəziləri, o cümlədən Rüstəm İbrahimbəyov kimi şəxslər sadəcə mətbuata açıqlama verməklə kifayətlənir. Rusiyanın Azərbaycanlı Təşkilatlar İttifaqı adlandırılan qurumun yaradılmasının əsas təşəbbüskarlarından biri olan AzərRosun keçmiş rəhbəri Söyün Sadıqov isə yenidən baş verənləri siyasiləşdirərək, Azərbaycan dövlətini və Rusiyada yaşayan sadə azərbaycanlıları ittiham etməyə çalışır. Bu cür mövqe Azərbaycan ictimaiyyətində də haqlı olaraq müəyyən suallar doğurur”.

 

Nazim İbrahimov vurğulayıb k, son hadisələr Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasının Azərbaycanın milli maraqları baxımından tamamilə əhəmiyyətsiz təşəbbüs olduğunu bir daha sübut etdi: “Hesab edirəm ki, yaranmış vəziyyətdə özünü həqiqətən azərbaycanlı hesab edən hər bir kəs azərbaycanlı icmasının maraqlarını müdafiə etmək üçün çalışmalıdır, real iş görməlidir, məsuliyyətsiz bəyanatlar verməklə məşğul olmalı deyil. Xatırlatmaq istərdim ki, Dövlət Komitəsində Rusiyada yaşayan soydaşlarımız arasında hüquqi maarifləndirmə işini gücləndirmək görmək məqsədilə İşçi qrup yaradılıb. Bundan başqa, Dövlət Komitəsi soydaşlarımızın cəmiyyətə inteqrasiyasına dəstək vermək, azərbaycanlı icması ilə yerli xalq arasında qarşılıqlı dialoq mühitini inkişaf etdirmək məqsədilə Moskva hökuməti ilə bəzi birgə layihələr də həyata keçirməyi planlaşdırır. Bu barədə ilkin razılıq əldə olunub. Hesab edirik ki, bu cür birgə tədbirlər azərbaycanlı icması ilə Rusiya cəmiyyəti arasında münasibətlərdə pozitiv istiqamətdə inkişafına təkan verəcək və bizim ölkələrimiz arasındakı münasibətlərin ruhuna uyğundur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2082
avatar

Oxşar yazılar