NATO Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir
23 may 2013 15:45 (UTC +04:00)

NATO Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

Elmar Məmmədyarov NATO baş katibinin müavinini qəbul edib

 

 

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin yeni təhlükəsizlik çağırışları üzrə müavini Gabor İklodyni qəbul edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycan və NATO arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib.

 

Ölkəmizin regionda və beynəlxalq miqyasda sülh və sabitliyin möhkəmləndirilməsinə verdiyi töhfələrdən bəhs edən Elmar Məmmədyarov, ölkəmizin bu istiqamətdə fəaliyyətinin bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov münaqişənin regionda davamlı sülh və sabitliyin bərqərar olunmasına əsas əngəl olduğunu bildirmiş və münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruri olduğunu vurğulayıb.

 

Gabor İklody NATO-nun Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini söyləyib, ölkəmizin regional və beynəlxalq miqyasda sülh və sabitliyin təmin olunmasındakı rolunu yüksək qiymətləndirib. Görüş zamanı NATO-Azərbaycan əməkdaşlığının genişləndirilməsi perspektivləri, eləcə də ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506
avatar

Oxşar yazılar