MSK sədrinin müavini İbrahimbəyovdan danışdı
18 sentyabr 2013 12:14 (UTC +04:00)

MSK sədrinin müavini İbrahimbəyovdan danışdı

“Mərkəzi Seçki Komissiyası Rüstəm İbrahimbəyovla bağlı qərarın verib və bu qərar qanuna uyğun şəkildə verilib”.


 

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Natiq Məmmədov jurnalistlərə açıqlamasında deyib.

 

N. Məmmədov deyib ki, R. İbrahimbəyovun namizədliyinin qeydə alınmaması ilə bağlı qərarda qeyd olunanlar hər kəsə bəllidir: “Qərara münasibət isə nə qədər insan varsa, bir o qədər ola bilər. Hesab etmirəm ki, qərara münasibətləri hər dəfə şərh etməyə ehtiyac var”.

 

O bir da vurğulayıb ki, MSK-nın R. İbrahimbəyovla bağlı gəldiyi nəticə qanunidir, eyni zamanda maraqlı şəxslərin həmin qərardan narazı olmaq haqları var: “Onların bu qərardan məhkəmə və digər orqanlara müraciət etmələri ilə bağlı heç bir müzakirə aparmaq fikrim yoxdur”.

 

Qeyd edək ki, Azərbaycanın məhkəmə instansiyaları Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sədri Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin qeydiyyata alınmaması iləMSK-nın qərarını qüvvədə saxlayıb. Rüstəm İbrahimbəyov isə bu qərardan BMT-nin BMT İnsan Hüquqları Komitəsinə şikayət etmək barədə qərarını açıqlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 968
avatar

Oxşar yazılar