Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir. Lent.az-ın məlumatına görə, Mərakeş kralı VI Mohammed Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrik məktubunda kral Azərbaycan xalqına daha yüksək tərəqqi və rifah diləyib.
Kral qarşılıqlı maraqlara xidmət məqsədilə hər bir sahədə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində Azərbaycan prezidenti ilə işləməkdən məmnunluq duyduğunu bildirib.
Misir Ərəb Respublikasının müvəqqəti prezidenti Adli Mənsur da Azərbaycan dövlət başçısına təbrik məktubu ünvanlayıb.