Müsavatdakı davada döyülən minval.az-ın əməkdaşı imiş  
05 sentyabr 2013 14:39 (UTC +04:00)

Müsavatdakı davada döyülən minval.az-ın əməkdaşı imiş  

Minval.az saytı əməkdaşı Günel Rəhimliyə zor tətbiq edilməsi ilə bağlı bəyanat yayıb. Musavat.com-un məlumatına görə, bəyanatda deyilir ki, dünən Müsavat Partiyasının qərargahında Minval.az-ın əməkdaşı Günel Rəhimli fiziki təzyiqə məruz qalıb. Bu, Günel Rəhimlinin dalaşan tərəfləri sakitləşdirmək cəhdi zamanı baş verib.

 

“Biz jurnalistlərin, xüsusilə, qadınların döyülməsi və təhqir edilməsini pisləyir və günahkarlardan üzrxahlıq tələb edirik. Əgər yaxın vaxtlarda üzrxahlıq olmasa, biz hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”, - bəyanatda deyilir. Lakin bəyanatda Günel Rəhimlini vuran müsavatçının adı çəkilmir. Böyük ehtimalla, bu, həmin gəncin, ya da ki, gənclərin həbs olunmasını istəməməklə bağlıdır.

 

Minval.az-ın redaktoru İlkin Qəmbər baş vermiş hadisə ilə bağlı bildirib: “Mən ilk növbədə Minval.az saytının redaktoruyam və əməkdaşırımızı sonuna qədər müdafiə edəcəm”.

 

Müsavat Partiyasından saytımıza bildirblər ki, bu gün axşam saatlarında dava tərəfləri partiya başqanı ilə görüşəcəklər. Musavat.com-a məlumat verilib ki, Günel Rəhimlinin döyülməsində günahkar olanların adları bilinir və onlar  ciddi cəzalandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1085
avatar

Oxşar yazılar