Müsavat mayın 4-nə mitinq təyin etdi
28 aprel 2014 18:32 (UTC +04:00)

Müsavat mayın 4-nə mitinq təyin etdi

Müsavat Partiyası mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyi qərara alıb.

 

APA-nın məlumatına görə, bu barədə qərar partiya Divanının toplantısında verilib.

 

Qərara əsasən, partiya “Nida” Vətəndaş Hərəkatının 8 üzvünün həbsinə etiraz məqsədilə 4 may 2014-cü il tarixində, saat 16:00-dan 18:00-dək Bakı şəhəri Yasamal rayonundakı “Məhsul” stadionunda digər siyasi və ictimai təşkilatlarla birgə mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691
avatar

Oxşar yazılar