Asiya Siyasi Partiyaları Təşkilatının (İCAPP) seçki müşahidə missiyası Azərbaycanda keçirilmiş prezident seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən təşkilatın həmsədri Çung Ye-Yunq bildirib ki, seçki öncəsi missiya siyasi partiyalarla görüşüb, səsvermə günü isə məntəqələrdə səsvermə prosesini müşahidə ediblər: “Azərbaycandakı seçkilər dinc yolla, heç bir zorakılıq olmadan keçib. Neqativ hallar barədə eşitmədik”.
Çugn Ye-Yunq onu da vurğulayıb ki, məntəqələrdə veb-kameraların qurulması şəffaflığın təmin edilməsində mühüm rol oynayır: “Düşünürük ki, Azərbaycan xalqının ötən gün verdiyi qərar Azərbaycanın gözəl gələcəyini müəyyənləşdirəcək”.