Mübariz Qurbanlı: “YAP-ın qurultayında İlham Əliyev partiyanın namizədi elan ediləcək”
05 iyun 2013 12:29 (UTC +04:00)

Mübariz Qurbanlı: “YAP-ın qurultayında İlham Əliyev partiyanın namizədi elan ediləcək”

“YAP-ın V qurultayında Yeni Azərbaycan Partiyasının (YAP) sədri, ölkə prezidenti İlham Əliyev partiyanın növbəti prezident seçkilərində namizədi kimi rəsmən elan ediləcək”. Lent.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı partiyanın rəsmi saytına müsahibəsində bildirib.

 

M. Qurbanlı onu da vurğulayıb ki, İlham Əliyevin bu seçkilərdə namizədliyinin irəli sürüləcəyi barədə partiya rəhbərliyinin fikirləri xeyli müddət əvvəl ictimaiyyətə çatdırılıb. “Hamıya bəllidir ki, prezident İlham Əliyevin namizədliyini bir sıra ictimai-siyasi təşkilatlar da müdafiə edirlər. Ancaq rəsmi surətdə bu qərar qurultayda qəbul olunacaq.
Partiyanın yerli strukturlarının konfranslarının gedişatında bir daha müşahidə etdik ki, partiyanın bütün üzvləri cənab İlham Əliyevin namizədliyini birmənalı şəkildə müdafiə edirlər”-deyə, YAP icra katibinin müavini bildirib.

 

Millət vəkili onu da vurğulayıb ki, qarşıdan gələn seçkilərdə İlham Əliyevin namizədliyi xalqımız tərəfindən tam müdafiə olunacaq: “İlham Əliyev növbəti illərdə də Azərbaycan prezidenti kimi Heydər Əliyev tərəfindən başlanan böyük işləri davam etdirəcək və dövlətimiz yeni-yeni zirvələr fəth edəcək, xalqımızın rifahı daha da yüksələcək və uğurlarımız daha da artacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795
avatar

Oxşar yazılar