MSK sədri: “Təxribat xarakterli məlumatlar seçkiyə xələl gətirə bilməz”
09 oktyabr 2013 15:14 (UTC +04:00)

MSK sədri: “Təxribat xarakterli məlumatlar seçkiyə xələl gətirə bilməz”

0

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib.

Lent.az-ın məlumatına görə, M. Pənahov bildirib ki, ümumi dinamika səsvermənin aktiv keçdiyini deməyə əsas verir. Əlaqə saxlanılan dairələrin hamısında vətəndaşlar fəallıq nümayiş etdirir. Onun sözlərinə görə, səsverməsinə məhdudiyyət qoyulması haqda hala da rast gəlinməyib.

M. Pənahovun sözlərinə görə, müşahidə missiyasını həyata keçirən beynəlxalq müşahidəçilər seçkinin vətəndaş fəallığı ilə keçdiyi haqda açıqlama verirlər: “Ümumi rəy çox yüksəkdir. Sevindirici hal bundan ibarətdir ki, bu fikirləri diqqətə də çatdırırlar. Amma narahat idik ki, məntəqələrdə təxribat xarakterli hallar ola bilər. Müxtəlif üsullardan istifadə etməklə səsvermənin gedişinə maneə yaratmaq istəyərlər. Ağlı başında olan insan öz ölkəsinə xidmət edər. Bu cür insanların siyasi iddiasını başa düşə bilmirəm. Azərbaycan müstəqil ölkədir və xalqın rəyinin ortaya qoyulması istiqamətində iş aparırsa, normal insan prosesin qanuni şəkildə getməsinin tərəfdarı olmalıdır”.

M. Pənahov deyib ki, hər hansı təxribat xarakterli məlumatların yayılması seçki prosesinə xələl gətirə bilməz: “Sosial şəbəkələrin imkanlarından istifadə edib, ölkəsinə ziyan gətirmək - təxribat etmək əxlaqsızlıqdır. Bu cür hallar işimizə kölgə sala bilməz. Kimsə bilərəkdən və ya bilməyərəkdən təxribat xarakterli addımlar atırsa, ona xəbərdarlıq edilməlidir. Ümumiyyətlə isə günahkar cəzasını çəkməlidir”.

M. Pənahov bildirib ki, “exit-poll”un sorğusu bu gün açıqlana bilməz: “Məntəqələrin nəticələri açıqlandıqdan sonra “exit-poll”un nəticələri ictimailəşdirilə bilər. Bunun kim tərəfindən edildiyi araşdırılacaq. Komissiya üzvlərinin buna reaksiya bildirilməsi təklif olundu. Lakin hesab edirik ki, hələ lazım deyil. Fikrimcə, bunun arxasında pis niyyət var”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 817

Oxşar yazılar