Hafiz Hacıyevin İctimai Televiziyanın prezidentliyə namizədlər üçün təşkil etdiyi debatdakı qalmaqala MSK münasibət bildirib.
Dünən İctimai Televiziyada prezidentliyə namizədlərin ikinci teledebatında qalmaqal yaşandı. Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyevlə Milli Şuranın namizədi Cəmil Həsənli arasında söz savaşı “butulka” savaşına çevrildi. Və onlar debatı tərk eləmək məcburiyyətində qaldılar.
Yaşanan qalmaqalla bağlı Mərkəzi Seçki Komissiyanın media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev AzVision.az-a bildirib ki, bu məsələyə MSK-da baxılacaq: “İndi iş günü yeni başlayıb. Amma MSK tərəfindən bu məsələyə baxılacaq”-deyə, MSK rəsmisi qeyd edib.