MSK: “İlham Əliyev 84,59 faiz səslə irəlidədir”
10 oktyabr 2013 11:56 (UTC +04:00)

MSK: “İlham Əliyev 84,59 faiz səslə irəlidədir”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, M. Pənahov prezident seçkiləri ilə bağlı etibarlı hesab edilmiş səslərin namizədlər üzrə bölgüsünün ilkin nəticələrini açıqlayıb. O əvvəlcə deyib ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərib. Seçicilərin ümumi sayı isə 5 milyon 163 min 231 nəfərdir. Yekun məlumata görə, seçicilərin 3 720 643 nəfəri səsvermədə iştirak edib. Ölkə üzrə ümumi seçici fəallığı isə 72,1 faiz təşkil edib.

M. Pənahov qeyd edib ki, hələlik məntəqələrin hamısından protokolları almaq mümkün olmayıb. Bu da köçkünlərin məskunlaşdığı məntəqələrlə bağlıdır: “70-dən artıq rayonda köçkünlərimiz məskunlaşıb. Bir dairənin nəticələrini toplamaq üçün çoxlu sayda məntəqələrin protokolları yığılmalıdır. Amma telefonla əlaqə saxlanılır. 26 köçkün məntəqədən məlum səbəblərdən protokollar çatdırıla bilməyib”.
M. Pənahov deyib ki, 5 466 seçki məntəqəsindən daxil olan nəticələrə əsasən Yeni Azərbaycan Partiyasından (YAP) prezidentliyə namizəd İlham Əliyev indiyədək hesablanan bülletenlərə əsasən irəlidədir. İlham Əliyev 84,59 faizlə (3 118 287 səs) öndə gedir.


Digər namizədlərin səsləri isə belədir:


Cəmil Həsənli - 5,54% (204 209 səs)


İqbal Ağazadə 2,38% (87 847 səs)


Qüdrət Həsənquliyev - 1,98% (73 136 səs)


Zahid Oruc - 1,4% (53 352 səs)


İlyas İsmayılov - 1,09% (39 319 səs)


Araz Əlizadə - 0,86% (31 153 səs)


Fərəc Quliyev - 0,86% (31 570 səs)


Hafiz Hacıyev - 0,66% (24 254 səs)


Sərdar Məmmədov - 0,61% (22 568 səs)



M. Pənahov bildirib ki, İlham Əliyev böyük fərqlə liderdir: “Yaxın günlərdə Mərkəzi Seçki Komissiyası rəsmi qərar çıxaracaq. Rəsmi nəticələr isə təsdiq olunması üçün 10 gün müddətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndəriləcək.

O, 125 dairənin yaxın iki gün ərzində protokollarının toplanacağını və ümumiləşdirilmiş rəqəmlərin cədvəl şəklində açıqlanacağını da qeyd edib.

M. Pənahov prezident İlham Əliyevi seçkidə lider olması ilə bağlı təmsil etdiyi qurum adından təbrik edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1628
avatar

Oxşar yazılar