Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində seçici fəallığı ilə bağlı yekun nəticələri açıqlayıb.
APA-nın məlumatına görə, MSK sədri Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, yekun məlumata görə, seçicilərin 3 720 643 nəfəri səsvermədə iştirak edib.
Ölkə üzrə ümumi seçici fəallığı isə 72,31 faiz təşkil edib.
Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir.