MSK-nın növbəti iclası olub
25 sentyabr 2013 16:58 (UTC +04:00)

MSK-nın növbəti iclası olub

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, yığıncaqda 21 sentyabr tarixli iclas protokolu təsdiq edilib.

 

İclasda “exit-poll” keçirmək üçün müraciət edən təşkilatların akkreditasiyası məsələsinə baxılıb.MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanda keçirilən seçkilərdə 6 dəfə “exit poll” həyata keçirib. Qurumun bu sahədə kifayət qədər təcrübəyə malik olduğunu deyən N.Məmmədov bildirib ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi “exit poll”u 1100 nəfərlə həyata keçirəcək.

 

Sonra MSK “ELS” Müstəqil araşdırmalar Mərkəzi İctimai Birliyi “exit-poll” keçirmək üçün qeydə alıb.

 

MSK sədrinin müavini “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin müraciəti haqda məlumat verərək deyib ki, qurumun MSK-ya təqdim etdiyi sənədlərdə, xüsusən də təşkilatın nizamnaməsində təşkilatın seçkilərdə iştirak edə bilməyəcəyi barədə bənd göstərilib.

 

Komissiya “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirməsi” İctimai Birliyinin “exit-poll” keçirmək üçün müraciətini müsbət dəyərləndirməyib.

 

MSK Ədalət və Sosial Demokrat partiyalarından olan prezidentliyə namizədlərə vəkil edilmiş şəxsləri də qeydə alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 949
avatar

Oxşar yazılar