“Səsvermə başlandığı saatdan indiyə qədər Mərkəzi Seçkilər Komissiyasının 115 nömrəli “qaynar xətt” ümumi 62 müraciət daxil olub”.
APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov jurnalistlərə deyib ki, müraciətlərin əksəriyyəti Dairə Seçki komissiyalarında səs vermək üçün məntəqələrin yerinin müəyyənləşməsi və digər hüquqi məsələlərlə bağlı olub.
Müraciətlərin 9-u sosial şəbəkə 22-si 115 saylı “Qaynar xətt”ə zəng və qalanları isə digər vasitələrlə olub.