Noyabrın 21-də Moskva şəhərində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun növbəti iclası keçiriləcək.
APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç açıqlama verib. O, Rusiya xarici işlər naziri Sergey Lavrovun iclasda çıxış edəcəyini deyib.
Xatırladaq ki, işçi qrupun sonunda toplantısı sentyabrın 11-12-də Bakıda keçirilib.