Moldova prezidenti İlham Əliyevi təbrik etdi
17 oktyabr 2013 14:02 (UTC +04:00)

Moldova prezidenti İlham Əliyevi təbrik etdi

 

Moldova Respublikasının prezidenti Nikolaye Timofti Azərbaycanın dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib. Lent.az-ın məlumatına görə, təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin. Əmin olduğumu bildirirəm ki, ali dövləti vəzifədə sizin fəaliyyətiniz Azərbaycanın daha da çiçəklənməsinə, həmçinin Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlığın ölkələrimizin və xalqlarımızın rifahı naminə inkişafına kömək edəcək. Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Xahiş edirəm, Sizə ən yüksək ehtiram bəslədiyimə əmin olasınız”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 544
avatar

Oxşar yazılar