MM-in komitə sədrinin müavini İsveçə gedəcək
06 noyabr 2013 13:40 (UTC +04:00)

MM-in komitə sədrinin müavini İsveçə gedəcək

Milli Məclisin Beynəlxalq  münasibətlər və parlamentlərarası  əlaqələr  komitəsinin sədr müavini, parlamentin  AŞPA-dakı  daimi nümayəndə  heyətinin üzvü  Sevinc Fətəliyeva noyabrın 10-dan 14-dək  İsveçrədə səfərdə olacaq. Lent. az-ın xəbərinə görə, bu barədə Milli Məclisin Mətbuat xidməti məlumat yayıb.

Deputat AŞPA-nın Sosial işlər,  sağlamlıq  və davamlı inkişaf komitəsinin Cenevrə şəhərində  keçiriləcək  iclasında iştirak  edəcək.
Tədbirdə enerji təhlükəsizliyinin davamlı inkişafda rolu, qlobal  iqlim  dəyişikliyinə dair Kioto protokolunun müzakirəsi və başqa məsələlər barədə  fikir  mübadiləsi  aparılacaq.
Sevinc Fətəliyeva müzakirə edilən məsələlərə münasibətini  bildirəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 764

Oxşar yazılar