Mlli Şura daxilində növbəti qalmaqal
01 sentyabr 2013 21:55 (UTC +04:00)

Mlli Şura daxilində növbəti qalmaqal

“Elan edilməsindən artıq üç ay keçən Demokratik Qüvvələrin Milli Şurası (MŞ)- götürdüyü adı doğruldurmu, başqa sözlə desək, 1918, 1991-ci illərdə yaranan Milli Şuraların daşıdığı missiyalara oxşar bir missiyanı həyata keçirə biləcəkmi? Milli Şuranın sturukturları günün tələblrinə uyğun fəaliyyət göstərirlərmi? Milli Şura, onu yaradan qüvvələrin, fərdlərin mexaniki birliydən xalqı ətrafında toplayaraq seçkiqabağı proseslərə köklü təsir göstərə bilən mükəmməl ictimyi-siyasi birliyə çevrilə bilirmi? Bu suallar Azərbaycanın düşdüyü fəlakətli vəziyyətdən qurtulmasını istəyən hər bir vətəndaşı narahat edən suallardır. Bu suallar ətrafında Milli Şura ilə bağlı bəzi fikirlərimi bölüşmək istəyirəm”.

 

 

“Qafqazinfo” xəbər erir ki, bunu KXCP Ali Məclisinin sədri Bəybala Əbil deyib. O, bildirb ki, işin kökündə o durur ki, Milli Şura xalqın dəstəyini qazanmalı, ümumxalq təmsilçisinə çevrilməlidir: “Bunun üçün  Milli Şura, onun bütün orqanları,  burada təmsil olunan partiyalar, təşkilatlar və onlarn sturukturları, üzvləri, ziyalılar,  ümumiyyətlə bu qurumla bağlı hər bir fərdin fəaliyyəti ümumxalq dəstəyin qazanılmasına, Milli Şuranın namizədinin bütövlükdə xalqın namizədinə çevrilməsi işinə yönəlməlidir. Milli Şura adından yaradılan bütün qurumlar ancaq bu istiqamətdə fəaliyyət göstərməlidir.

 

“Azərbaycanda avtoritarizmdən demokratiyaya dinc keçidi seçkilər vasitəsilə təmin etməyi” başlıca hədəflərindən hesab edən Milli Şura bunu praktiki fəaliyyətinin priotetinə çevirə bilirmi? Proses çox ağır gedir. Sturukturlaşma, təşkilatlanma, seçki, vahid namizəd, ehtiyat vahid namizəd kimi bütün məsələlərdə qrup və firqə maraqlarından uzaqda duraraq vahid komanda kimi fəaliyyət göstərilməyəcəksə uğur qazanılmayacaq.  Çox təssüf ki, obyektiv və subyektiv səbəblərdən bu cür məsələlərin həlli üçün uğurlu variantların tapılması  hələki çox vaxt aparır.

 

Geniş əhatə dairəsi olan Milli Şuranın mükəmməl idarəetmə maxanizması hələki tam formalaşmayıb. Yaradılan qurumların bəziləri isə hadisələrin sürətlə inkişaf etdiyi zamana uyğun effektli fəaliyyət göstərməyə çətinlik çəkir. Ən azı keçən müddət ərzində partiyaların və komissiyaların sədrlərindən ibarət Məşvərət Şurasının yaradılmaması sessiyalar arası dövrdə Milli Şuranın fəaliyyətinin operativ idarə olunmasına əngəl yaratdı və bu gündə həmin problem kəskinliklə durur. Bu özünü daha çox hakmyyətin süni yollarla yaratdığı problemlər içərisində dar macalda qoşulduğumuz seçkiyə hazırlıq işlərində göstərir. Milli Şuranın İcra orqanı tərəfindən Rüstəm İbrahimbəyov üçün Seçki qərargahı yaradılır və bu bu seçki qərargahındakı bütün partiyalar, təşkilatlar təmsil olunur. Sonradan Cəmil Həsənli üçün yalnız Musavat və AXCP-dən ibarət başqa Seçki qərargahı yaradılır. Yaradılan Seçki qərargahının rəhbərliyi tərəfindən seçkiyə hazırlığın hər bir səsin qazanılması prinsipi əsasında qurulması əvəzinə, “imzatoplamaq çox məsuliyyətli məsələdir” bəhanəsiylə (guya bunu AXCP və Musavatdan başqa heç kəs bilmir ?!) MŞ-dakı təşkilatların qarşısına “sıfır imza” yazaraq  prosesdən kənarda saxmağla uğursuz başlanğıc edilir, digər tərəfdən ictimai fikirdə Milli Şurada təmsil olunan partiyalar haqqında mənfi fikir yaratmağa cəhd göstərilir. Əslində Milli Şuradakı təşkilatlar arasında sağlam rəqabət yaranarsa işin xeyrinə olar, amma ictimai fikirə ötürülən dezinformasiya ilə digər təşkilatların aşağılanmsı təşkilatlar arasındakı ziddiyyətlərin inkişaf etdirilməsinə səbəb olur ki, buda, həm seçkidə MŞ-nın bütün imkanlarından səmərəli istifadə olunmasının qarşısını alır və həmdə 20 illik fasilədən sonra R.İbrahimbəyovun təşəbbüsü ilə çox çətinliklə yaranan kövrək birliyin varlığı üçün təhlükə yaradır.

 

Seçki qərargahının yaradılması və fəaliyyətində baş verənlərlə bağlı KXCP sədri Mirmahmud  Mirəlioğlunun haqlı iradlarını nəzərə alaraq seçkilərə hazırlıqla bağlı yaradılan problemləri aradan qaldırmaq əvəzinə, problemləri dərinləşdirərək Milli Şura daxilində ziddiyətlər yaratmaq yolunu tutan və bunula bərabər Seçki qərargahı və onun fəaliyyətində yratdıqları problemlərə tam aydınlıq gətirən Həsən Kərimova (Seçki qərargahının rəhbərlərindən) bəzi iradlarımı bildirmək məcburiyyətindəyəm: 

 

-“Bölgü aparılan zaman müzakirələrdə Müsavat başqanı, AXCP sədri, Seçki Qərargahının rəhbərləri (Arif Hacılı (Musavat), Həsən Kərimov (AXCP)-B.Ə.) və hər iki partiyanın ayrı-ayrı funksionerləri iştirak edib”-H.Kərimov   

 

Hörmətli Həsən bəy, bu necə olur ki? Hörmətli professor Cəmil Həsənli Milli Şuranın namizədidir, yoxsa iki partiyanın. Milli Şuranın namizədini ümumxalq namizədinə çevirmək əvəzinə onu iki partiyanın namizədi səviyyəsinə endirmək hansı maraqlardan qaynaqlanır?

 

-“Yenə də deyirəm ki, imzatoplamaq çox məsuliyyətli məsələdir. AXCP və Müsavat partiyalarının yerlərdə strukturları var”-H.Kərimov

 

Hörmətli Həsən bəy. Milli Şurada təmsil olunan və yerlərdə imkanları AXCP və Musavatdan az olmayan təşkilatlar (KXCP, ACP, ALP, EL, VHP və s.) az deyil və bunların əksəriyyəti  ayrılıqda prezident seçkilərində iştirak etmək niyətində olub, lakin, Milli Şuranın vahid namizədinə görə namizədlərindən imtina edən təşkilatlardır və bu səbəbdən bəzilərindən fərqli olaraq seçki məsuliyyətini daha dərindən başa düşürlər.

 

-“... Mənə elə gəlir ki, Mirmahmud bəy də gec-tez bizi başa düşəcək..”.-H.Kərimov 

 

Hörmətli Həsən bəy. Mirmahmud Bəy sizi çoxdan başa düşüb. Hətta 90-cı illərdən. Faktlara və sənədlər ehtiyac varmı? Mənə elə gəlir yox. Blirsiz niyə? Bu gün daha çox Milli Şura timsalında yaranan kövrək birliyi qorumaq və möhkəmləndirmək, seçkilərə daha ciddi hazırlaşmaq, Milli Şuranın namizədini ümumxalq namizədinə çevirmək istqamətində tərəddüdsüz fəaliyyət göstərmək lazımdır. Milli Şurada milli maraqlar ətrafında qətiyyətlə toparlanmaq lazımdır, Milli Şuranı firqə maraqlarına qurban vermək lazım deyil. 

 

-“Mən potensialımızı hardasa daxili düşmənlərə yönəltmək istəmirəm”-H.Kərimov

 

Hörmətli Seçki qərargahının həmsədri. Əgər Milli Şuranın daxilində düşmən axtarırsınızsa sizə sözüm yoxdur...”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1363
avatar

Oxşar yazılar