Missiya rəhbəri: ”Seçkilər sakit və qaydalara uyğun keçirilib
09 oktyabr 2013 20:30 (UTC +04:00)

Missiya rəhbəri: ”Seçkilər sakit və qaydalara uyğun keçirilib

0

“Bu gün Azərbaycanda prezident seçkiləri çox sakit və qaydalara uyğun şəkildə keçirilib. Mən müşahidələrimə görə deyə bilərəm ki, bu proses sərbəst şəkildə baş tuturub”.


 

Bunu APA-ya seçkilərin gedişini izləyən Avropa Parlamentinin Azərbaycanda prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Pino Arlaçi deyib.


Onun sözlərinə görə, Azərbaycanda keçirilən prezident seçkiləri normal qiymətləndirir: “Mühit çox rahat idi, insanlar da son dərəcə sərbəst və rahat idilər”.

Pino Arlaçi qeyd edib ki, ölkədə keçirilən seçkilərlə bağlı yekun rəy sabah açıqlanacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 659

Oxşar yazılar