Misirdəki səfirliyimizin fəaliyyəti bərpa edildi
02 oktyabr 2013 14:00 (UTC +04:00)

Misirdəki səfirliyimizin fəaliyyəti bərpa edildi

Diplomatik heyətin təxliyə olunmuş hissəsi Qahirəyə geri qayıdıb


 

Azərbaycanın Misirdəki səfirliyinin diplomatik heyətinin təxliyə olunmuş hissəsi Qahirəyə geri qayıdıb.

 

Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev APA-ya bildirib ki, hazırda səfirlik ştat cədvəlində nəzərdə tutulduğu kimi, tam tərkibdə fəaliyyət göstərir.

 

Onun sözlərinə görə, hazırda Misirdə əsasən sakitlikdir, amma ölkədə tam siyasi sabitliyin əldə olunduğunu demək olmaz.

 

Qeyd edək ki, Azərbaycanın Misirdəki səfirliyinin diplomatik heyəti ölkədəki gərgin vəziyyətlə əlaqədar avqustun sonunda təxliyə olunub. O vaxtdan səfirlikdə iki diplomat çalışıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730
avatar

Oxşar yazılar