Mirmahmud Mirəlioğlu: “Milli Şurada yoxuq”
20 may 2013 13:02 (UTC +04:00)

Mirmahmud Mirəlioğlu: “Milli Şurada yoxuq”

“Demokratik Qüvvələrin Məşvərət Məclisinin Milli Şura ilə bağlı mövqeyi 12 partiyanın gəldiyi ortaq məxrəcdir və bizim partiya da bununla bağlı bəyanata şərikdir. Bundan başqa məsələyə fərdi mövqeyimiz var”.


 

Bu açıqlamanı APA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu verib.

 

Proseslər dəyişdiyi halda KXCP-nin Milli Şurada təmsil olunma ehtimalı haqda danışan M. Mirəlioğlu deyib ki, təmsil etdiyi partiya bu qurumun fəaliyyətində iştirak etməməklə bağlı mövqeyində qərarlıdır: “Bəziləri Milli Şuranı müxalifətin birlik formatı kimi təqdim və təbliğ edir. Ancaq yaradılmasına cəhd edilən bu qurumun, adından irəli gələn tarixi ənənələrə bağlılığı yoxdur”.

 

O, Milli Şura ilə bağlı yaxın vaxtlarda təkrar olaraq mövqelərinin açıqlanacağını da bildirib.

 

M. Mirəlioğlu müxalifətin birliyinə yönələn cəhdlərin isə hələ davam etdiyini və bunun mövcud Milli Şura formatına aidiyyatı olmadığını vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818
avatar

Oxşar yazılar