Böyük Britaniya səfərinin qarşısını alacaq ciddi problem olmasa da, səfərin vaxtının dəyişdirilməsi gündəmdədir”.
Bunu APA-ya açıqlamasında Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli deyib. C. Həsənli bildirib ki, səfər edəcək tərkibdə dəyişiklik olmayacaq: “Yəni səfər sentyabrın 8-11-də deyil, bir qədər sonra reallaşa bilər”.
Milli Şuradakı mənbə isə APA-ya deyib ki, səfərin bu layihə çərçivəsində reallaşdırılması ümumiyyətlə mümkün olmayacaq. Mənbə Cəmil Həsənlinin səfərdə iştirak etməsinin mümkün olmadığını da bildirib: “Çünki Milli Şura seçki kampaniyasında Cəmil Həsənlinin Azərbaycanda olmaması səbəbindən rahatsızlıqla qarşılaşa bilər. Onun Bakıda olmaması Milli Şuranı çətin vəziyyətə salar. Bu səbəbdən də Milli Şuranın Seçki Qərargahı Cəmil Həsənlinin səfərdə iştirak etməməsi təklifi ilə çıxış edib və bunu israrla müdafiə edir”.
Mənbə onu da qeyd edib ki, səfərin təşəbbüskarı Rüstəm İbrahimbəyov olub.
Qeyd edək ki, ilk məlumatda Böyük Britaniyanın Kral İnstitutunun dəvəti ilə Londona ediləcək səfərdə Milli Şuranın namizədi Cəmil Həsənli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov və Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun iştirak edəcəyi bildirilib.