Milli Şurada həmsədrlik institutu yaradıla bilər
28 oktyabr 2013 12:52 (UTC +04:00)

Milli Şurada həmsədrlik institutu yaradıla bilər

Demokratik Qüvvələrin Milli Şurasında həmsədrlik institutu yaradıla bilər.


 

Bu barədə APA-ya məlumat verən Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib ki, bu təklifi qurumun hazırkı sədri Rüstəm İbrahimbəyov verib: “Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli deyib ki, təklif Mili Şurada müsbət qarşılanıb. Düşünürəm ki, bu, Milli Şuranın fəaliyyətinin gücləndirilməsinə, daha səmərəli idarəçiliyin həyata keçirilməsinə imkan verəcək”.

 

F. Qəhrəmanlı Cəmil Həsənlinin Milli Şuradakı statusuna da toxunub. Onun sözlərinə görə, C. Həsənli Milli Şuranın prezidentliyə namizəd olmuş şəxsi kimi həmsədrlik postuna layiqli namizəddir: “Hesab edirəm ki, bu məsələnin qarşıdakı sessiyalarda həllində hər hansı problem olmayacaq. Yəni Rüstəm İbrahimbəyov sədr kimi öz fəaliyyətini davam etdirir, ancaq praktik olaraq ölkədə olmadığına görə, Cəmil Həsənli həmsədr kimi bu sahədəki boşluğu dolduracaq”.

 

Milli Şuranın digər üzvü, Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli isə APA-ya bildirib ki, hazırda Milli Şuranın fəaliyyətində sədrliklə bağlı hər hansı problem yoxdur və Cəmil Həsənli faktiki olaraq, quruma rəhbərlik edir: “Eyni zamanda Milli Şurada olan digər liderlərin Cəmil Həsənlinin Milli Şuraya sessiyalarına sədrlik etməsinə heç bir etirazı yoxdur. Hesab edirəm ki, Milli Şuraya sədrlik məsələsində tələsmək olmaz, lakin Rüstəm İbrahimbəyov Cəmil Həsənlinin sədr olması təklifini irəli sürərsə, bu, qurumda müsbət qarşılanar”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 617
avatar

Oxşar yazılar