Milli Şura Bakıda mitinq keçirib - YENİLƏNİB
12 oktyabr 2013 18:13 (UTC +04:00)

Milli Şura Bakıda mitinq keçirib - YENİLƏNİB

Bu gün Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda müxalifətin bir hissəsini təmsil edən Milli Şura mitinq keçirib.

 

APA-nın xəbərinə görə, aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Mitinq seçkilərin nəticələrinə etiraz məqsədilə təşkil edilib.

 

 

Aksiyada Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli, KXCP sədri Mirmahmud Mirəlioğlu və “EL” Hərəkatından Eldar Namazov çıxış edib.

 

Çıxışlarda prezident seçkilərinin nəticələrinin ləğvi barədə tələb səsləndirilib, seçki ilə bağlı müsbət rəylə çıxış edən beynəlxalq müşahidə missiyaları tənqid olunub.  

 

Aksiya insidentsiz başa çatıb.

 

Qeyd edək ki, Demokratik Qüvvələrin Milli Şurası Təşəbbüs qrupu seçkilərdə Cəmil Həsənlinin namizədliyini irəli sürüb. Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, C. Həsənli seçkilərdə 5.53 faiz səs toplayıb. 

 

****

16/22

Bu gün Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda müxalifətin bir hissəsini təmsil edən Milli Şura mitinq keçirir.


 

APA-nın xəbərinə görə, aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Mitinq seçkilərin nəticələrinə etiraz məqsədilə təşkil edilib.

 

Aksiyada iştirak etmək istəyənlər təhlükəsizlik məqsədilə polis yoxlanışından sonra meydana buraxılır.

 

Qeyd edək ki, Demokratik Qüvvələrin Milli Şurası Təşəbbüs qrupu seçkilərdə Cəmil Həsənlinin namizədliyini irəli sürüb. Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, C. Həsənli seçkilərdə 5.53 faiz səs toplayıb.    

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3970
avatar

Oxşar yazılar