Mayın 7-də Azərbaycan Milli Məclisinin Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı xüsusi iclası keçiriləcək. Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün Milli Məclisin iclasında spiker Oqtay Əsədov bildirib.
Oqtay Əsədov deyib ki, iclasdan öncə Milli Məclis üzvləri Fəxri Xiyabanda ümummilli liderin məzarını ziyarət edəcəklər.
Qeyd edək ki, həmin gün Milli Məclisdə Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gündəliyinə daxil olan Amnistiya aktı müzakirə olunacaq.