Milli Məclisin növbədənkənar yaz sessiyasının ilk iclasının iyunun 13-də keçirilməsi nəzərdə tutulub.
Bunu Lent.az-a açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu söyləyib.
Ancaq hələ növbədənkənar yaz sessiyası çərçivəsində parlamentin necə iclasının keçiriləcəyi məlum deyil. İlk iclasın gündəliyi də hələ müəyyənləşməyib.
Qeyd edək ki, 90 millət vəkili növbədənkənar sessiyasının keçirilməsi üçün müraciət edib.