Bu gün Azərbaycan Milli Məclisinin növbəti plenar iclası öz işinə başlayıb.
APA-nın məlumatına görə, iclası açıq elan edən spiker Oqtay Əsədov ölkədə bu yaxınlarda keçirilən prezident seçkilərini xatırladaraq, Milli Məclis adından İlham Əliyevə təbrik məktubu ünvanlamağı təklif edib.
Təklif qəbul edilib.