Millət vəkili xəbərdarlıq etdi: “İran barədə danışanda ehtiyatlı olun”
24 may 2013 12:58 (UTC +04:00)

Millət vəkili xəbərdarlıq etdi: “İran barədə danışanda ehtiyatlı olun”

Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Eldar İbrahimov bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə İrana etdikləri səfər barədə danışıb.


 

APA-nın məlumatına görə, E.İbrahimov orada keçirdikləri görüşdən və iki ölkə arasında problemlərin həllində İran rəsmilərinin nikbin ifadələrindən danışıb.


O qeyd edib ki, İran rəsmiləri də iki ölkə arasında problemlərin həlli və inkişafında maraqlıdırlar: “Hətta Əli Laricani ilə görüşümüzdə sizin (spiker Oqtay Əsədovun – red.) İrana səfərinizin vacibliyini də vurğuladılar. İran prezidenti isə bildirdi ki, aramıza şeytanlar girmək istəyir, buna imkan vermək olmaz. Biz də burada bəzi deputat həmkarlarımıza müraciət edirik ki, İranla bağlı çıxışlarında ehtiyatlı olsunlar, sözlərinə fikir versinlər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1219
avatar

Oxşar yazılar